|
QMİ sədri Allahşükür Paşazadə Əl-Cəzirə Televiziyasının müşaviri ilə görüşübQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Bakıda səfərdə olan Əl-Cəzirə Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı və İran məsələləri üzrə Əl-Cəzirə Televiziyasının müşaviri Fatima Alsmadi ilə görüşüb. Ahlibeyt.az-ın QMİ-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,Şeyxülislam Azərbaycanda İslam dininin yayılması, xalqımızın islam mədəniyyəti xəzinəsinə verdiyi töhfələr barədə, sovetlər dönəmində ateizm rejimi dövründə mənəvi sahədə yaşanmış çətinliklər, habelə müstəqil Azərbaycanda dini-mənəvi irsimizin dirçəldilməsi yönündə görülən işlər barədə geniş məlumat verib. Şeyxülislam Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını vurğulayıb: “Ali mənəviyyat mənbəyimiz olan dinimizə ulu öndər Heydər Əliyevin diqqət və qayğısı yüksək olub. Məhz ümummilli liderimiz Heydər Əliyev müstəqilliyinə qovuşmuş Azərbaycanda dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoydu. Məscid, kilsə və sinaqoqların böyuk qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblər arası müstəvidə ehtiramlı münasibət hökm sürür”. QMİ sədri bildirib ki, bu səylərin sayəsində Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. Şeyxülislam A.Paşazadə QMİ-nin fəaliyyətində dinlərarası dialoqun inkişaf etdirilməsinin prioritet istiqamət təşkil etdiyini qonaqın diqqətinə çatdırıb. Əl-Cəzirə Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı Fatima Alsmadi onu maraqlandıran sualları QMİ sədrinin ətraflı cavablandırmasından məmnunluğunu bildirib. Azərbaycana səfərindən əvvəl müxtəlif mənbələrin məlumatlarına istinad etdiyini diqqətə çatdıran qonaq, ölkəmizdə keçirdiyi görüşlər və apardığı müşahidələrindən aldığı xoş təəssüratları ilə bölüşüb. O, Azərbaycanda gerçək tolerantlıq mühitinin, dini irsə ehtiramın, multikultural həyat tərzinin həqiqətən böyük dəyər kəsb etdiyini xüsusi vurğulayıb. Şeyxülislam A. Paşazadənin həyatı və 35 illik fəaliyyətini əks etdirən kitab və albomları nəzərdən keçirən tədqiqatçı jurnalist QMİ sədrini böyük əməllər sahibi kimi səciyyələndirib. Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Avqust, 2015 09:19 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |