إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

DQİDK dəstəyi ilə Astarada Pensər kənd "Hacı Teymur" cümə məscidində tədbir keçirilib

Avqustun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Astara rayonu Pensər kəndi "Hacı Teymur" cümə məscidi dini icmasının "Tolerantlıq və dini dözümlülük Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi" adlı layihəsi çərçivəsində Pensər kəndi "Cümə" məscidində tədbir keçirilib.
Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə,Əsas mövzusu "İslam dinində məzhəblərarası vəhdət" olan tədbirdə şiə və sünni mənsəbinin nümayəndələri iştirak edib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin baş məsləhətçisi Hatəm Gülməmmədov, AMEA-nın böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov, Pensər kəndi "Hacı Teymur" Cümə məscidi dini icmasının sədri Fariz Veysəlov, Pensər kəndi "Cümə" məscidi dini icmasının sədri Hüseynağa Nəsirov, Astara rayon İcra Hakimiyyəti Aparatının məsul işçisi Xəlil Lətifov, Astara rayon İcra Hakimiyyəti başçısının Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elşad Axundov və dindarlar, kənd sakinləri, xüsusilə də gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov müsəlmanlar arasındakı birliyin günümüzün aktual mövzusu olduğunu bildirib. İslamın iki böyük məzhəbi arasındakı bəzi fərqlilikləri kənara qoyaraq ortaq İslam dəyərləri ətrafında birləşməyin vacibliyini vurğulayan şöbə müdiri bu işdə dini icmaların, din xadimlərinin, ruhanilərin üzərinə böyük məsuliyyət düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra çıxış edən Pensər kəndi "Cümə" məscidi dini icmasının sədri və axundu Hüseynağa Nəsirov Pensər kəndindəki iki məscidin tarixindən danışıb və kənd əhalisinin məzhəbindən asılı olmayaraq hər zaman bir-birləri ilə mehriban yaşadıqlarını, cümə günlərində birgə namaz qıldıqlarını, dini ayin və mərasimləri birgə qeyd etdiklərini vurğulayıb.

AMEA-nın böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov çıxışı zamanı böyük İslam alimlərinin məzhəblər arasında birlik yaratmaq üçün atdıqları tarixi addımlardan danışıb. Yaxın Şərqdə baş verən prosesləri incələyən Aslan Həbibov bəzi qüvvələrin bu hadisələrə məzhəblər arasındakı savaş donu geyindirərək ictimaiyyətə təqdim etdiyini və beləliklə müsəlmanlar arasında məqsədli şəkildə ayrı-seçkilik yaratdıqlarını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Daha sonra çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov bildirib ki, müsəlmanlar aralarındakı birliyi bariz şəkildə yalnız birgə ibadət zamanı daha qabarıq nümayiş etdirə bilərlər.

Tədbirin sonunda Pensər kəndi "Hacı Teymur Cümə" məscidi dini icmasının sədri Fariz Veysəlov çıxış edərək bildirib ki, kəndin istər dindar, istərsə də qeyri-dindar əhalisi məzhəblər arasında heç bir fərq qoymayıb, Aşura günündə birlikdə ibadət ediblər.

Tədbirdə iştirak edən kənd sakinləri və ağsaqqallar dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama görə ölkə Prezidenti cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

Astarada tolerantlıqla bağlı tədbir keçirilib
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Avqust, 2015  10:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!