|
|
Müsəlman Sahibkarlar Assosiasiyasının rəhbəri Bakıya gəlibRusuya Federasiyası(RF) Müsəlman Sahibkarlar Assosiasiyasının (MSA) rəhbəri Marat Kabayev ötən həftə Bakıda tatar diasporunun nümayəndələri ilə görüşüb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, inCity.az bildirib ki, Əjdər bəy məscidində görüş olub. M.Kabayev (gimnast Alina Kabayevanın atası) cümə ibadətində iştirak edib. Görüş AZAL futbol klubunun məşqçisi Tərlan Əhmədovun dəvətilə baş tutub. Görüşdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinc müavini müfti Salman Musayev, “Tatarıstan” İctimai Birliyinin rəhbəri Abbas Minyaşev və birliyin digər üzvləri iştirak ediblər. M.Kabayev toplaşanları salamlayaraq tatar məscidi kimi tanınan bu məsciddə tatar diasporunun nümayəndələrini görməyə şad olduğunu bildirib. O həmçinin AF SMA-nın onları dəstəkləməyə və ikitərəfli əməkdaşlığı möhkəmləndirməyə hazır olduğunu bildirib. “Tatarıstan” Birliyinin sədr müavini Emin Ramazanov islam sahibkarlığının inkişafında və investisiyaların cəlb edilməsində müsəlman iş adamlarının oynayacağı mühüm rolu qeyd edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Avqust, 2015 15:51 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |