|
Azərbaycanda heç bir radikal qüvvəyə yer yoxdur“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qəbələ şəhərində “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı növbəti tədbir keçirib Ahlibeyt.az-ın xəbər verir ki, birliyin sədri Sevinc Əzimbəyli bildirib ki, milli-mənəvi dəyərlər tarixin bütün mərhələlərində ictimai-mədəni tərəqqinin əsas göstəricisi kimi nəzərə çarpıb. Onun sözlərinə görə, cəmiyyət inkişaf etdikcə milli və mənəvi dəyərlər ayrı-ayrı quruluşların ictimai-siyasi xüsusiyyətlərinə bu və ya digər formada inteqrasiya edib. Bu gün isə müstəqil Azərbaycan dövləti öz adət-ənənələrinin ən əsas təbliğatçısı və mühafizəçisidir. Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, bu gün milli və mənəvi dəyərlərə sahib olan ölkə gəncinin cihad yeri Qarabağ olmalıdır: “Biz torpaqlarımızın azadlığı üçün imanımızın güclənməsinə, eləcə də milli və mənəvi dəyərlərimizin qorunub saxlanmasına xüsusi diqqət yetirməliyik”. Tədbirdə Qəbələ şəhər icra hakimiyyətinin nümayəndəsi Zahid Əfəndiyev, DQİDK-in bölgə təmsilçisi Elvin Qarayev və Şəhər Cümə məscidinin dini icmasının sədri Saleh Şirinov mövzu ətrafında çıxış ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Avqust, 2015 12:03 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |