|
Həcc ziyarəti üçün sənəd qəbulunun vaxtı bir daha uzadılıbAzərbaycanda ilk dəfə olaraq Həcc ziyarətinə ayrılan zəvvar yerləri üçün kvota dolmayıb Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Qafqaz Müsəlmanları İdarəsindən apa-ya verilən məlumatda bildirilir ki, Həcc ziyarəti üçün sənəd qəbulunun vaxtı bu ayın sonuna qədər bir daha uzadılıb. Buna səbəb ziyarət üçün Azərbaycandan ayrılmış 2400 nəfərlik kvota hələ də dolmamasıdır. Ötən ilə qədər Azərbaycanda Həcc ziyarəti üçün fevralın sonunda elan olunan sənəd qəbulu mayın sonu yekunlaşıb. Ötən ilki kvota 4 minə yaxın olub, ziyarət xərcləri isə təklif olunan variantlar üzrə 3250 manat və 4150 manat olub. Qeyd edək ki, bu il sənəd qəbulu martın 11-də başlayıb. Azərbaycandan Həcc ziyarətinə səfər sentyabrın 11-də başlayacaq. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə xərci 5750 dollar, nisbətən ucuz, 6 nəfərlik hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları AZAL həyata keçirəcək. Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Avqust, 2015 15:49 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |