|
DQİDK sədri və Milli Məclis deputatları Ağdamda Seyid Lazım Ağa ziyarətgahında olub, dindarlarla görüş keçiriblərDQİDK sədri M.Qurbanlı və Milli Məclisin deputatları Xındırıstan kənd məscidində, Çəmənli kəndində Seyid Lazım Ağa ziyarətgahında olub, dindarlarla görüşüblər Ahlibeyt.az-ın Komitənin mətbuat xidmətinə istinadən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitənin (DQİDK) dəstəyi ilə Ağdamın Quzanlı qəsəbəsindəki mədəniyyət evində “Dini və mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib DQİDK və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, din xadimləri iştirak ediblər. Tədbirdə “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, Əməkdar Jurnalist Bəxtiyar Sadıqovun ssenarisi əsasında hazırlanan “Ruhlar şəhərinin sakinləri” filminin təqdimatı olub. Filmin ssenari müəllifi Bəxtiyar Sadıqov çıxışında deyib ki, 20 dəqiqəlik ekran əsəri hazırda “ruhlar şəhəri” adlanan Ağdama, Qarabağ ağrı-acılarına, faciələrinə həsr olunub. Filmdə şərti olaraq dörd surət var. Bunlar Ağdam şəhərini tərk etməyən ruhların, Ağdamdan kənarda doğulan uşaqların, doğma yurd-yuvalarına qayıtmaq ümidi ilə yaşayan qocaların, işğal altında olan torpaqlarımızı azad etmək əzmində olan əsgərlərin obrazlarıdır. Tədbirdə çıxış edən DQİDK sədri Mübariz Qurbanlı bu gün dünyada din pərdəsi adı altında aparılan münaqişələrdə toxunaraq bildirib ki, əgər orta əsrlərdə müxtəlif dinlər arasında müharibələr aparılırdısa, bu gün İslam dini içərisində münaqişələr gedir. İslam dininin genişlənməsindən narahat olan qüvvələr onun bütövlüyünü pozmağa, parçalamağa çalışırlar. Müxtəlif ölkələrdə İslamı parçalamaq üçün dini cərəyanlar, radikal qruplar yaradılıb. İslam pərdəsi altında fəaliyyət göstərən bu radikal qruplar əslində İslama qarşı yönəldilib. Ölkədə belə qüvvələrin heç zaman məqsədlərinə çata bilməyəcəklərini vurğulayan Komitə sədri onların qarşısının qətiyyətlə alındığını, dini radikalizmə qarşı qanun çərçivəsində mübarizə aparıldığını deyib.Bu işdə hüquq mühafizə orqanları ilə yanaşı din xadimləri, müəllimlər də fəal olmalıdırlar. İslam dini gənclərə olduğu kimi izah edilməli, ənənəvi islami dəyərlər qorunmalıdır. Tədbirdən sonra DQİDK sədri M.Qurbanlı və Milli Məclisin deputatları Xındırıstan kənd məscidində, Çəmənli kəndində Seyid Lazım Ağa ziyarətgahında olub, dindarlarla görüşüblər. Məscid və ziyarətgaha gözdən əlil insanlar üçün brayl əlifbası ilə çap edilmiş “Qurani-Kərim” və digər dini kitablar hədiyyə edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Avqust, 2015 14:34 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |