|
Hacı Şahin Həsənlinin rəsmi Facebook səhifəsi haker hücumuna məruz qalıbTanınmış ilahiyyatçı alim,”Məşədi Dadaş” məscidinin imam cüməsi Hacı Şahin Həsənlinin rəsmi Facebook səhifəsi haker hücumuna məruz qalmışdır və səhifə hakerlər tərəfindən ələ keçirilmişdir.Fəaliyyətini dayandırmış rəsmi səhifənin linki: https://www.facebook.com/HaciShahinHasanli?ref=ts&fref=ts Ahlibeyt.az-ın məlumatına görə,iki həftə əvvəl admınlərin səhifəyə girişi əngəllənmiş,araşdırma zamanı məlum olmuşdur ki,ilahiyyatçıya məxsus səhifə haker hücumuna məruz qalmışdır.Bütün səylərə baxmayaraq haker hucumuna məruz qalmış səhifənin fəaliyyətini bərpa etmək mümkün olmamışdır. Verilən məlumatda bildirilir ki,hələlik hakerlər səhifədən sui-istifadə etməsələr də,gələcəkdə bunun baş verəcəyi istisna olunmur.İlahiyyatçı alim ona məxsus səhifəni bəyənənlərə müraciət edərək diqqətli olmalarını və səhifəni bəyənməmələrini xahiş edib. Bildirilir ki,səhifədə istənilən vaxt onun adnından yalan məlumat paylaşıla bilər və ona ünvanlanmış suallar yanlış cavablandırıla bilər. Qeyd olunur ki,bundan öncə ilahiyyatçının adından saxta profil və səhifələr açılmış və sosial şəbəkələrdə yayılmışdır.Hacı Şahin Həsənli mətbuat vastəsi ilə müraciət edərək hazırda hucuma məruz qalmış rəsmi səhifədən digərlərinin ona aid olmadığını bildirmişdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Avqust, 2015 12:15 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |