|
|
Hacı Şahin Həsənli qadınlar üçün xüsusi çimərlik ərazilərinin ayrılsı məsələsinə toxunub"Bakıda qadınların, əsasən də hicablı qadınların dənizdə yad kişilərin gözü qarşısında çimməyi şəri baxımdan düzgün deyil”.
Ahlibeyt.az-ın məlumatına görə,bu barədə tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli Baku.ws-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, İslam dinində deyilir ki, müsəlman qadını naməhrəm kişinin yanında öz abrını saxlamalıdır. Naməhrəm yerlərini gizlətməlidir.
"Əgər dindar bir xanım hicablı formada dənizə girib çimirsə və onun islanmış paltarda olan naməhrəm yerləri kişilərin diqqətini çəkirsə, bu dini baxımdan günah və haramdır. Ümumiyyətlə qadınla kişinin birgə dənizdə çimməsi günahdır”, - deyə Hacı Şahin Həsənli bildirib.
Tanınmış ilahiyyatçı deyir ki, dinə görə, hicablı qadının dəniz kənarına getməsi günah deyil. Lakin nəzərə alsaq ki, orada çılpaq kişilər var, onda bu bəyənilmir: "Bu baxımdan Bakıdakı çimərliklərin heç birində hicablı xanımlar rahat istirahət edə bilməzlər. Yaxşı olardı ki, qadınlar üçün xüsusi ərazilər ayrılsın. Həmin çimərliklərdə hicablı qadınlar istirahət edə bilərlər”.
Hacı Şahin Həsənli bir çox müsəlman ölkələrindəki çimərliklərdə qadınlar üçün xüsusi yerlərin ayrıldığını bildiridi: "Ərəb ölkələrində və qardaş Türkiyədə belə bir çimərlik var. Orada yalnız qadınlar olurlar. Xanımlar özlərilə azyaşlı oğlan uşaqlarını da apara bilərlər. Bakıda da belə çimərliklər olsa, onda hicablı xanımlar rahat şəkildə ora gedə bilərlər”
Mənbə:Azxeber.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Avqust, 2015 11:16 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |