|
|
Həzrəti Məhəmməd(s) filmi avqustun 12-də Beynəlxalq Film Festivalıda göstəriləcək(video)İranlı rejissor və ssenarist Məcid Məcidinin çəkdiyi "Məhəmməd" filmi artıq hazırdır. Məhəmməd peyğəmbərin (s) uşaqlıq həyatından bəhs edən film yayıma çıxarılmadan əvvəl çəkiliş qrupu tərəfindən izlənilib. Ahlibeyt.az Azertac-a istinadla xəbər verir ki, İran və Türkiyə kino mütəxəssislərinin birgə ərsəyə gətirdikləri film "Əbraha ordusu" və "Fil" əhvalatları ilə başlayır. Filmin ümumi büdcəsi 30 milyon dollar dəyərində hesablanıb. Türkiyəli yazıçı İhsan Kabil filmdə bəzi yerlərdə animasiya səhnələrindən istifadə edildiyini bildirib. Filmdə "Peyğəmbər"in yalnız arxadan çəkildiyini bildirən yazıçı gecə və gündüz səhnələrində Məkkə şəhərinin yer aldığını söyləyib. Peyğəmbərin (s) həyatının 12 yaşınadək olan dövrünü əhatə edən filmin dünya premyerası avqustun 12-də 39-cu Montreal Beynəlxalq Film Festivalında reallaşacaq. Qeyd edək ki, filmin rejissoru Məcid Məcidi çəkdiyi bir sıra ekran əsərlərinə görə beynəlxalq festivalların laureatı olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Avqust, 2015 11:27 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |