|
|
Ordumuz ermənilərin pilotsuz uçan aparatını məhv etdi (VİDEO)Cəbhədə məhv edilən erməni PUA-sı mövqelərimiz üzərində uçuşa cəhd edib Ahlibeyt.az-ın AnsPress-ə istinadən verdiyi xəbərə görə,bu barədə Müdaxiə Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı (PUA) məhv edilib.PUA cəbhənin Ağdam rayonu istiqamətində vurulub. Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) pilotsuz uçan aparat bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib. Azərbaycan tərəfinin məhv etdiyi PUA
Xatırladaq ki, bu təmas xəttində vurulan ilk pilotsuz uçan təyyarə deyil. Belə ki, bu ayın əvəllərində cəbhənin Füzuli və Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 3 ədəd DJI Inspire1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib. Yanvar ayında da cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində erməni PUA-sı Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilmişdi. Ermənilərin pilotsuz uçan aparatının Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması Türkiyə mətbuatında da geniş şəkildə işıqlandırılmışdı.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyul, 2015 11:29 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |