|
|
Mübariz Qurbanlı Yardımlıda dini icma üzvlərini qəbul edibDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı iyulun 28-də Yardımlı şəhərində Cəlilabad, Yardımlı və Masallı rayonlarından olan vətəndaşları qəbul edib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Dini Komitənin mətbuat xidmətinin məlumatında bildirilir ki,İyirmidən artıq vətəndaşın iştirak etdiyi qəbul zamanı müraciətlər əsasən dini icmaların qeydiyyatı,dini icmalara maliyyə yardımının ayrılması, dini maarifləndirmə işinin təşkili, yas mərasimlərinin keçirilməsi qaydaları, məscidlərin təmiri və digər məsələlərlə bağlı olub. Komitə sədri Mübariz Qurbanlı hər bir müraciətin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyul, 2015 10:52 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |