|
|
Həbsdə olan ilahiyyatçının şikayəti təmin edilməyibApellyasiya Məhkəməsində “Təkamül” Tərcümə Mərkəzinin həbsdə olan rəhbəri Ceyhun Cəfərovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətinə baxılıb. Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, Vəkil Cavad Cavadlının verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib. Qeyd edək ki, ilahiyyatçı, “Təkamül” Tərcümə Mərkəzinin direktoru Ceyhun Cəfərov Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir. C. Cəfərov Həcc ziyarəti zamanı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən zəvvar qruplarına rəhbərlik edib, ziyarətin təşkili və düzgün yerinə yetirilməsində zəvvarlara yardım edib. Onu da qeyd edək ki, C. Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iyulun 9-da Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 İyul, 2015 13:34 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |