|
|
Mübariz Qurbanlı - Azərbaycanda Ramazan bayramı həmrəylik rəmzi kimi qeyd olunurDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, Mübariz Qurbanlınin rəsmi "Facebook" səhifəsində qeyd olunan təbrikdə deyilir: "Əziz dostlar, Sizi insanlar arasında şəfqət və mərhəmət duyğularını artıran, xeyirxahlıq və əmin-amanlıq rəmzi olan Ramazan bayramı münasibətilə təbrik edir, uzun ömür, möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram. İnanıram ki, bu mübarək bayram günlərində ölkəmizin rifahı və tərəqqisi, şəhidlərimizin ölməz ruhu üçün edilən dualar Uca Yaradanın dərgahında qəbul olunacaq. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən və güclənən respublikamızda Ramazan bayramı humanizm, sülh, əmin-amanlıq və həmrəylik rəmzi kimi hər il yüksək səviyyədə qeyd olunur. Müqəddəs Ramazan bayramının Sizə və ailənizə cansağlığı, firavanlıq, süfrələrinizə xeyir-bərəkət gətirməsini arzulayıram. Bayramınız mübarək!" Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyul, 2015 12:19 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |