|
|
Fitrə zəkatı necə çıxarılmalıdır...Fitrə zəkatı Fitr bayramı günü günəş çıхаndаn sоnrа vеrilir, əgər axşam məlum olsa ki, səhər bayramdır, fitrə zəkatı axşam azanından(gün batdıqdan sonra) sonra ayrılmalıdır Fitrə zəkatının miqdarı ailədə hәr nәfәr üçün buğdа, аrpа, хurmа, kişmiş, düyü, qаrğıdаlı vә s. kimi şеylәrdәn 3 kq dəyərindədir. Beləki, fitrə zəkatını orta hesablama ilə adam başı 3 manatdan 6 manata kimi istənilən miqdarda vermək olar. Yuxarıda qeyd olunan ərzaqların daha ucuzu və ya daha bahasının qiyməti ilə də fitrə pulu çıxarmaq olar. Lakin fitrə qaydalarına görə müstəhəbdir ki, insan özünün daha çox istifadə etdiyi yuxarıda sadalanan ərzaqlardan birinin pulunu hesablayıb versin. Əgər bir ailə kasıbdırsa, onda onlar fitrə verməkdən azaddırlar. Başqasının öhdəsində olan insana fitrə zəkatı vacib deyil. Habelə əgər öhdəsində olduğu adam da onun fitrəsini verməsə, yenə də ona fitrə vacib deyil. Lakin, yaxşı olar ki, özü öz fitrəsini çıxartsın. Fitrə zəkatını o kəs verməlidir ki, gəliri zəruri xərclərini qarşılayır. Əksinə, fitrəni o kəsə vermək lazımdır ki, gəliri zəruri xərclərini qarşılamasın. Fitrə pulunu özünüz də imkansız müsəlmana verə bilərsiz. Əgər belə bir tanışınız yoxdursa, həmin pulun fəqir müsəlmana verilməsini başqa adama həvalə edə bilərsiz. Habelə unutmayın ki, seyyidlər qeyri-seyyidlərdən fitrə zəkatı ala bilməzlər, qeyri-seyyidlər də seyyidlərə fitrə zəkatı verə bilməzlər. Yalnız seyyid ehtiyacı olan seyyidə fitrə zəkatı verə bilər. Ahlibeyt.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyul, 2015 18:02 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |