|
|
Azərbaycanda bayram namazının vaxtı açıqlandıQafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini namaz vaxtını və yerini elan edib -"Bu il Ramazan ayının bayram namazı iyulun 18-də qılınacaq". Ahlibeyt.az-ın məlumatına görə,bunu AnsPress-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədrinin 1-ci müavini, Hacı Salman Musayev deyib. Onun sözlərinə görə, namaz saat 09:00-da Göy məsciddə, saat 10:00-da isə Təzəpir məscidində qılınacaq. Xatırladaq ki, Ramazan bayramı iyulun 18-nə təsadüf edir. Bayramla bağlı olaraq bu il 4 gün qeyri-iş günü olacaq. Hər il Ramazan ayının sonunda fitrə zəkatı verilməlidir. Zəkatın bayrama kimi ehtiyacı olan şəxslərə çatdırılması məsləhətdir. Fitrə zəkatı oruc tutan və tutmayan, xəstə və ya sağlam, yaşından asılı olmayaraq hər bir ailə fərdinin adından verilməlidir. Əgər ailədə günbatana qədər uşaq doğulubsa, onun da adından zəkat verilməlidir. Eyni zamanda fitrə zəkatının pulla verilməsi vacib deyil, ərzaqla da verilə bilər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyul, 2015 17:03 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |