|
|
Şamaxı Rəsədxanası:Azərbaycan ərazisində təzə Ayın gözlə görünməsi iyulun 17-dən 18-nə keçən gecə olacaqBu gün yerli vaxtla səhər saat 06.25-də Azərbaycan ərazisində Ay təzələnib. Ahlibeyt.az-ın məlumatına görə, bu barədə "Report"a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Vaqif Xəlilov məlumat verib. O bildirib ki, Azərbaycan ərazisində təzə Ayın gözlə görünməsi iyulun 17-dən 18-nə keçən gecə olacaq: "Ayın görünməsinin dəqiq saatını demək çətindir. Çünki baxış məkanları fərqlidir. Ayın çıxmasını adi gözlə də görmək mümkün olacaq. Günün işığında görmək mümkün olsa Ayı müşahidə etmək mümkündür". Qeyd edək ki, müqəddəs Ramazan bayramı Qəməri ayın başlanğıcı və sonu hilalın (yeni Ayın) görünməsi ilə müəyyən edilir. Günbatandan öncə və ya sonra görünən Ay, ayın bitməsini və digər ayın başlamasından xəbər verir. Hilalın görünməsi, ertəsi günün bayram olmasına dəlalət edir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyul, 2015 13:21 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |