|
|
Ramazan bayramında əhali internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin ediləcəkRabitə və Yüksək Texnologiyalar Nazirliyi bununla bağlı birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ramazan bayramı münasibətilə əhalinin telekommunikasiya, o cümlədən internet və mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsinə dair rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bayram günlərində məsul növbətçilər təşkil edilməklə telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin tam aradan qaldırılması, internetə çıxış sürətinin tələbata uyğun təmin olunması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi, yanğın təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsi üzrə müvafiq tədbirlər görüləcək. Göstərilənlərlə yanaşı, bayram ərəfəsində və bayram günlərində telefonların fasiləsiz işinin təmin edilməsi məqsədilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur. Abunəçilərin rahatlığı və bayram ovqatının yüksəldilməsi üçün bir sıra əlavə tədbirlər də həyata keçiriləcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyul, 2015 19:15 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |