|
Milli dəyərlərimizə zidd olan saytlara məhdudiyyət qoyulmalıdırBeynəlxalq Mətbuat Mərkəzində “Virtual həyat və Milli mənəvi dəyərlərimiz “ mövzusunda ictimai forum təşkil olunub Ahlibeyt.az-ın Azadxeber-ə istinadən məlumatına görə, “Lider Qadınlar” İctimai Birliyi və “Azərbaycan Jurnalist Qadınlar Assosasiyası”nın təşkilatçılığı ilə keçirilən forumda millət vəkilləri, ictimai xadimlər, ziyalılar və media mənsubları iştirak ediblər. Forumu giriş sözü ilə millət vəkili Məlahət İbrahimqızı açıb. O, bildirib ki, hər bir xalqın və millətin yaradıb formalaşdırdığı milli-mənəvi dəyərlər, özünüdərkin inkişafına xidmət edir. Lakin təəssüflər olsun ki, elm və texnalogiyanın sürətli inkişafı bir sıra hallarda milli dəyərlər, eləcə də yetişməkdə olan gənc nəsil üçün ciddi təhdidlər yaradır. Millət vəkili deyib ki, son illərdə çox sürətlə inkişaf edən dünyanın virtual məkanı təhlükələrin genişlənməsinə və yayılmasına əlverişli şərait yaradır. Daha sonra “Azərbaycan Jurnalist Qadınlar Assosasiyası”nın prezidenti Sevil Yusifova tədbirin məqsəd və məramı haqda məlumat verib. O, bildirib ki, gənclərin təlim tərbiyəsində milli dəyərlərin təbliği ən önəmli məsələlərdəndir. Sosial media qurumları da bu mövzuya həssas yanaşaraq milli dəyərlərimizə zidd olan paylaşımlar və xəbərlər təqdim etməməlidirlər. Bir çox dövlətlərdə bu kimi həssas mövzuların hüquqi cəhətdən tənzimləndiyini deyən Sevil Yusifova , ictimai xadimlərin və QHT nümayəndələrinin məsələyə xüsusi yanaşmasını tədqirəlayiq hal kimi qiymətləndirib. Tədbirdə millət vəkili Qənirə Paşayeva çıxış edərək etik çərçivələrə sığmayan, milli və dini dəyərlərimizlə uzlaşmayan saytlara məhdudiyyət qoyulmasının vacibliyini gündəmə gətirib. Sosial medianın həyatın önəmli hissəsinə çevrildiyini deyən millət vəkili, gəncləri internet resurslardan düzgün faydalanmağa səsləyib. Forumda söz alan digər qonaqlar da öz çıxışlarında milli –mənəvi dəyərlərimizə zidd olan saytlara qarşı ictimai qınağın olmasının vacibliyini vurğulayıblar. Tədbir mövzu ətrafında geniş müzakirələrlə davam edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 İyul, 2015 19:11 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |