|
|
Dövlət Komitəsinin dəstəyi ilə bölgələrdə iftar süfrələri təşkil edilirAzərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb.Həmin maliyyə vəsaiti hesabına Ramazan ayında iftar süfrələrində maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə bölgələrdə iftar süfrələri təşkil edilir. Növbəti iftar süfrəsi Masallı rayonunun Çaxırlı kəndində açılıb. Tədbirdə yaxın ərazilərdəki dini icmaların sədrləri və üzvləri, ağsaqqallar, gənclər, həmçinin, dindarlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hacı Mirqiyas Təhməzov dövlətin dindarlara qayğısından və onların ibadəti üçün hər cür şəraitin yaradılmasından danışaraq, bu diqqət və qayğının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğulayıb. Quba şəhəri Cümə məscidində iftar süfrəsi açılıb.Tədbirdə Dövlət Komitəsinin nümayəndələri Anar Əliyev və Rüstəm Ramazanov, Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev, Quba RİH-nin əməkdaşı Seyid Cabbarov, eləcə də icma üzvləri, axund və imamlar iştirak ediblər. Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev çıxış edərək, ölkəmizdəki mövcud dini durumdan, dindarlarla dövlətin vəhdətindən və ölkəmizin dünya birliyindəki və İslam aləmindəki yerindən və rolundan danışıb. Sonda tədbir iştirakçıları dualar edib, iftar süfrəsi arxasında müqəddəs Ramazan ayının fəzilətindən söhbət açıblar. Samux rayonunda da iftar süfrəsi təşkil edilib. “Əbülfəz Abbas” Cümə məscidində təxminən 50 nəfərin iştirak etdiyi iftar süfrəsində Samux şəhər müsəlmanları dini icmasının üzvləri ilə yanaşı, rayon Ağsaqqallar Şurasının sədri Həmzə Həmzəyev, şəhid atası Eynulla Namazov, Qarabağ qaziləri və rayon dindarları iştirak ediblər. Rayonun axundu və dini icmasının sədri İlham Məmmədov çıxış edərək, milli-mənəvi dəyərlərin təbliği və dini maariflənmə işinin aparılması məqsədilə ölkə Prezidentinin sərəncam imzalamasını yüksək qiymətləndirib. O, din sahəsinə, o cümlədən dini icmalara və dindarlara göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını ifadə edib. Azərbaycanın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iftar süfrəsi ətrafında dualar oxunub. .
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 İyul, 2015 17:56 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |