إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakıda"Azərbaycan mətbuatı və milli mənəvi dəyərlər" mövzusunda konfrans keçirilib.

Konfransda çıxış etmiş mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu günlərdə Azərbaycanın müxtəlif təşkilatlarında silsilə olaraq mətbuatla əlaqədar tədbirlər keçirilir: "Mətbuat orqanlarının ictimai fikrə təsiri mənəvi yüksəliş baxımdan cəmiyyəti narahat edir. Azərbaycan xalqı öz tarixində mətbuat orqanlarının mövcudluğu ilə öz böyük elmi və gələcəyə baxmaq gücünü sübut edib".

Ahlibeyt.az-ın Salamnews-a istinaən məlumatına görə,  Nazir Əbülfəs Qarayev bildirib: "Son hadisələr göstərdi ki, dünyadan ikili standart mövcuddur, guya Azərbaycanda demokratiya yoxdur. Azərbaycanda media məkanı tamamilə sərbəst və açıqdır. Bu günlərdə Azərbaycan mətbuatında istədiyiniz fikri söyləmək mümkündür. Ciddi məsələ ondan ibarətdir ki, bu günlərdə müharibə şəraitində yaşayan mətbuat çox həssas olmalıdır. Ən əsas Azərbaycan xalqının gələcəyi, Azərbaycanın ərazi bütövlüyü məsələdir. Milli jurnalistikanın əsas məqsədi Azərbaycan xalqının mədəniyyətinə qoruyub saxlamaqdır".

Nazir bildirib ki, Həsən bəy Zərdabinin yaratdığı mətbuat digər sahələrin də inkişafına səbəb olub: "Biz tarixə nəzər salsaq görərik ki, "Əkinçi" qəzeti nəşr olunmasaydı ,Azərbaycan bu qədər nailiyyətlər əldə edə bilməzdi".

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 İyul, 2015  11:58 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!