|
Hacı Şahin Həsənli - “İŞİD-in ideologiyasını nəinki hansısa bir dinə, heç insanlığa aid etmək düzgün deyil"Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Modern.az saytına açıqlamasında bildirib ki, İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının ideologiyası İslam ideologiyasıdır. Amma onun seçdiyi yol, metodlar İslam dininə uyğun deyil. Ahlibeyt.az-ın məlumatına görə,məsələ ilə bağlı Modern.az saytı İlahiyyatçı alim Hacı Şahin Həsənlinin fikirlərini öyrənib. Hacı Şahin Həsənli bildirib ki, “İŞİD-in ideologiyasını nəinki hansısa bir dinə, heç insanlığa aid etmək düzgün deyil. Onun İslama hər hansı aidiyyəti yoxdur. Sadəcə olaraq, din arxasında gizlənən cərəyandır. Belə cərəyanlar, əslində insanların müqəddəs hisslərindən istifadə edib, onları yanlış istiqamətə yönəldir. Amma tək irqçiliyin, ümumiyyətlə, İŞİD-in ideologiyasının dinlə və İslamla hər hansı əlaqəsi ola bilməz. Onu dinlə əlaqələndirmək, dinlə bağlamaq dinin özünə qarşı təhqirdir. Dinc insanları qətlə yetirən, onlar kimi düşünməyənləri məhv edən, uşaqları öldürən, böyüklərə rəhm etməyən bir cərəyan hansı dinə aid ola bilər ki? İŞİD-in ideoloji baxışlarını da təhlil eləsək, görərik ki, onlar dini baxımdan da hər şeyi təhrif ediblər. Onlar təkcə praktiki cəhətdən cinayətlərə yol vermirlər. Ümumiyyətlə, onların din haqda təsəvvürləri kökündən yanlışdır. Onların İslamla hər hansı əlaqəsi ola bilməz. Sadəcə olaraq, öz siyasətlərini həyata keçirmək üçün insanların inancından istifadə etmək üçün dini terminlərə, “Quran”dakı hədislərə istinad edirlər. Halbuki, onların din haqda təsəvvürləri belə, yoxdur. Ümumiyyətlə, olan təsəvvürləri yanlışdır”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyul, 2015 19:00 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |