|
|
Azərbaycanda cəzaçəkmə müəssisələrinin əksəriyyətində dini ibadət otaqları varAzərbaycanda cəzaçəkmə müəssisələrinin əksəriyyətində dini ibadət otaqları var. Məhbusların dini inanclarını yerinə yetirməsi üçün hər şərait yaradılıb Ahlibeyt.az-ın Azvision-a istinadən verdiyi xəbərə görə,bunu İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib. O, cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar üçün Ramazan ayında yaradılan şəraitdən söz açaraq bildirib ki, bəzi məhkumlar oruc tuturlar: “Bəzi cəzaçəkmə müəssisələrində isə balaca məscidlər var. Söhbət 13 saylı cəzaçəkmə müəsssisəsindən gedir. 1 saylı cəzaçəkmə müəssisəsində isə xiristianlar üçün ibadət otağı da mövcuddur. Cəzaçəkmə müəssisələrində namaz qılmaq, Allaha ibadət etmək, oruc tutmaq üçün heç bir məhdudiyyət qoyulmur. Daxili İşlər Nazirliyinin tabeliyində olan rayon polis idarələrinin müvəqqəti saxlama yerlərində də namaz qılmaq üçün xüsusi otaqlar yaradılıb. Məhkumların bəziləri namaz qılıb, oruc tuturlar”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyul, 2015 18:13 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |