|
Moskvada Heydər Əliyev Fondu tərəfindən iftar süfrəsi təşkil olunub (FOTO)Rusiya paytaxtı Moskvada Heydər Əliyev Fondu tərəfindən iftar süfrəsi təşkil olunub. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Salamnews-un Moskva müxbirinin verdiyi məlumatda bildirilir ki,Moskvada qurulan ənənəvi“Ramazan çadırı” önündə Azərbaycanın dini abidələrindən, arxitekturasından, “Bakı-2015” birinci Avropa Oyunlarından bəhs edən foto şəkillərindən ibarət sərgi təqdim olunub. Tədbirdə “Əhli-Beyt” cəmiyyətinin sədri Nizami Baloğlanov bildirib: “Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən, Azərbaycanın adından verilən iftar süfrəsi ilk öncə Azərbaycanın islam dininə olan hörmətinin göstəricisidir. Ramazan bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Bu ehsan süfrəsi isə Azərbaycanın müxtəlif millətlərinin möminləri arasında təbliğidir.” Moskva dini idarə komitəsinin sədr müavini Rəşid Akazıyev Rusiyadakı Azərbaycan diasporuna, Heydər Əliyev Fonduna və şəxsən Leyla Əliyevaya təşəkkür edib: "Azərbaycan Respublikası adından iftar verən Heydər Əliyev Fondu müsəlmanları həm bir-birinə yaxın edir, həm də Azərbaycanın mədəniyyətini, mətbəxini nümayiş etdirir”. Tədbirə xüsusi dəvət olunmuş ilahi manıların ifaçısı Samir Salam möminlər qarşısında çıxış edib. İftar süfrəsində “BAKU”, “İRS”, “AMOR” Jurnalları, Azərbaycanı tərənnüm edən disklər paylanılıb. Bidirək ki, iftar süfrəsində müxtəlif millətlərin nümayəndələri, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Ümumrusiya Azərbaycan konqresinin təmsilçiləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin işçiləri və Rusiyada akkreditə olunmuş digər ölkələrin səfirliklərinin və Azərbaycan təşkilatlarının nümayəndələri iştirak ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyul, 2015 17:31 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |