|
“Səba” şirkəti: GMO-suz yem toyuqlarımızın halallığının əsasıdırToyuq məhsullarının halalını seçənlərə müqəddəs Ramazan ayında “Səba"-dan xoş xəbər var: bu il “Səba”da toyuqların yemi daha da bol olacaq. Yetişdirdiyi toyuqları yalnız özünün becərdiyi təbii yemlə bəsləyən “Səba” şirkəti buğda biçinini başa çatdırması barədə məlumat yayıb. Azərbaycanın yeganə halal toyuq brendi olan “Səba” bu il Ağcabədi və Beyləqanda yerləşən taxıl zəmilərindən 7000 tondan artıq buğda toplayıb. Hər hektara 57 sentner məhsul yığan şirkət bu il ötən ilkindən daha yüksək məhsuldarlığa nail olduğunu bildirir. Belə ki, ötən il bu rəqəm hər hektara 55 sentner idi. Artıq 3-cü ildir ki, “Səba” taxıl yetişdirir. Ağcabədi və Beyləqan rayonları ərazisindəki 4800 hektar taxıl zəmilərində yetişdirilən buğda və qarğıdalı “Səba” toyuqlarının yemini təşkil edir. Bu il isə 2 illik təcrübələrin uğurlu nəticəsi olaraq, ilk dəfə olaraq 500 hektar sahədə soya becərilməyə başlayıb. Qeyd edək ki, “Səba” hazırda toyuq əti və toyuq məhsullarının halallığı Azərbaycanın dövlət standartı ilə təsdiqlənmiş yeganə şirkətdir. “Səba”-nın toyuq məhsullarının halallığı Dövlət halal standartı ilə yanaşı, beynəlxalq GİMDES sertifikatı ilə də təsdiqlənib. “Səba” toyuq məhsullarının halallığını və yüksək keyfiyyətini təmin edən əsas şərtlərdən biri toyuqların yemini şirkətin özünün becərib, hazırlamasıdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyul, 2015 14:55 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |