|
|
Məzarlıqlarla bağlı yeni qanun layihəsi Milli Məclisə təqdim olunacaqAzərbaycanda məzarlıqlarla bağlı yeni qanun layihəsinə Nazirlər Kabineti tərəfindən baxılıb, hazırda yekun müzakirələr gedir, növbəti mərhələdə qanun layihəsi Milli Məclisə təqdim olunacaq". Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib. M. Qurbanlı bildirib ki, qanun layihəsini DQİDK İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə hazırlayıb Nazirlər Kabinetinə təqdim edib: “Nazirlər Kabinetində sənədə baxılıb, müvafiq şöbə bununla əlaqədar müəyyən təkliflər verib. Bu təkliflərə bizim Komitə ilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yenidən baxılıb, hazırda müzakirələr yekunlaşmaq üzrədir. Müzakirələrdən sonra yekun sənədə prosedura uyğun olaraq Prezident Administrasiyasının qanunvericilik şöbəsində baxılacaq, orada baxıldıqdan sonra qanun layihəsi Milli Məclisə göndəriləcək”. Komitə sədrinin sözlərinə görə, əsas odur ki, sənədlə bağlı heç bir problem yoxdur. M. Qurbanlı qanun layihəsinin məğzi barədə də məlumat verib: “Qanun layihəsində məzarlıqlar, dəfn mərasimləri, qəbiristanlıqların yerləşməsi, qəbirlərin ölçüsü, müvafiq dinlərə uyğun qəbirlərin hazırlanması və digər məsələlər müəyyən edilib”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyul, 2015 17:08 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |