|
|
Alim ömrünün bəhrəsi xalqın sevgisidir - Bu gün ilahiyyatçı alim Hacı Şahin Həsənlinin doğum günüdürSovetlər yenicə dağılmışdı o zaman gənclər kiçik bir namaz otağında toplaşıb dini bilgilərlə tanış olmağa başlayanda təsəvvür belə edə bilməzdilər ki,"Hüseyniyyə" kimi tanınan bu namaz otağı Azərbaycan xalqına böyük bir din alimi bəxş edəcək. O zamanlar bəlkə də heç kim düşünə bilməzdi ki, qısa bir zaman ərzində bir çoxlarının və xüsusən gənclərin sevimlisinə çevrilən ilahiyyatçı alimimiz xalqımızı beynəlxalq simpozium və konfranslarda təmsil edəcək.Onun insanların hidayəti,fəzilətlər,Əhli-beytin məqamı və onlara sevgi,vəhdət,nəfslə mübarizə və digər əhəmiyyəti bəhsləri insanların mənəvi və əxlaqi davranışlarında,xüsusən dini dünyagörüşlərində əhəmiyyətli dəyişikliyə səbəb olacaq.İlahiyyatçı alimimizin səsləndirdiyi fikirlər cəmiyyətin müxtəlif təbəqələri arasında müzakirə və araşdırma obyekti olacaq. Bu gün sosial şəbəkələrdə onu yaxından tanıyan və tanımayan yüzlərlə insan onu təbrik edir,səsləndirdiyi fikirləri statuslarında paylaşır-Bu xalqımızın öz dininə və din aliminə olan ehtiramının göstəricisidir. Ahlibeyt.az saytı olaraq dəyrli İslam alimi Hacı Şahin Həsənlini 41 yaşı münasibəti ilə təbrik edirik,sevimli ilahiyyatçımıza və ailəsinə, can sağlığı, uzun və bərəkətli ömr diləyirik.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyul, 2015 03:50 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |