|
Azərbaycanlı zəvvarların Həcc ziyarətinə yola düşəcəkləri tarix məlum olubBu il Azərbaycanda yola düşəcək zəvvarların səfəri sentyabrın 11-dən başlayacaq. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Qafqaz Müsəlmanları idarəsindən verilən məlumatda bildirilir ki,mərhələ ilə həyata keçiriləcək səfərlər sentyabrın 11-dən - 15-ə kimi davam edəcək. Ziyarətin ənənəvi olaraq 16-17 gün davam edəcəyi məlum olsa da, zəvvarların geri dönüş vaxtı hələlik məlum deyil. Zəvvarlar Həccə qrup şəklində yola salınacaqlar. Onların qruplara bölünməsinə isə viza açıldıqdan sonra - avqust ayından başlanacaq. Qeyd edək ki, Azərbaycanda hazırda Həcc ziyarətinə sənədlərin qəbulu davam edir. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları "AzAL" həyata keçirəcək. Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyul, 2015 12:04 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |