|
Hərbi hissədə “Dini radikalizm və onun təzahür formaları” mövzusunda tədbir keçirilibDaxili İşlər Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış "Dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə Daxili Qoşunların şəxsi heyətinin maarifləndirilməsi istiqamətində birgə işin təşkilinə dair Tədbirlər Planı"na uyğun olaraq Daxili Qoşunların Bakı şəhərində yerləşən N saylı hərbi hissəsində görüş keçirilib. “Dini radikalizm və onun təzahür formaları” mövzusunda keçirilən görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov iştirak edib. Dövlət Komitəsinin sədr müavini S.Heydərov çıxış edərək ölkədəki mövcud dini vəziyyət, dövlətin dini etiqad azadlığının təminatı üzrə gördüyü işlər, ölkəmizdə radikalizm meyillərinin yaranması və bununla əlaqədar mövcud tendensiyalar, bu meyillərin yayılmasında maraqlı olan qüvvələr haqqında məlumat verib. Görüşdə, həmçinin radikalizmə meyilli şəxslərin fəaliyyət istiqamətləri, metodları, həvəsləndirici və s. vasitələr, eləcə də dini ekstremizmə qarşı keçirilən maarifləndirmə və koordinasiya işinin təşkili üzrə kompleks tədbirlər barədə iştirakçılara məlumat verilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 İyul, 2015 11:55 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |