|
|
Bu il Azərbaycanda uşaqlara qoyulan ən populyar adlar arasında Yusif,Əli və Zəhra olubƏdliyyə Nazirliyi bu il Azərbaycanda doğulan uşaqlara qoyulan ən populyar adların statistikasını açıqlayıb. Ahlibeyt.az-ın Report-a istinadən məlumatına görə,bu ilin ötən düvrü ərzində 2015-ci ildə dünyaya gələn körpələrə qoyulan adlar arasında Yusif adı birinci yerdədir. Statistikaya əsasən, bu il 1377 oğlan uşağına Yusif adı qoyulub. Sonrakı yerləri Əli (1000), Hüseyn (951), Murad (638), Məhəmməd (615) adları tutub. 2015-ci ilin populyar qız adlarına gəlincə, yeni doğulan 1356 körpəyə Zəhra adı qoyulub. Sonrakı yerlərdə Nuray (1014), Fatimə (899), Aylin (717), Zeynəb (672), Ayan (618) adları gəlir. Xatırladaq ki, 2014-cü ildə Azərbaycanda doğulan oğlanlara ən çox Yusif adı qoyulub (3967 nəfər). Qızlara verilən adlar siyahısında isə Zəhra birinci yerdə gəlib (3608 nəfər). Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 İyul, 2015 12:39 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |