|
İŞİD Palmirada müsəlmanlara aid iki ziyarətgahı məhv edibİŞİD terror qruplaşmasının silahlıları nəzarət altında saxladıqları antik dövrə aid zəngin abidələrlə əhatələnmiş Suriyanın qədim Palmira şəhərində müsəlmanların iki müqəddəs ziyarətgahını məhv ediblər. Ahlibeyt.az-ın Suriya mətbuatına istinadən verdiyi xəbərə görə,Palmira yaxınlığında müsəlmanlara aid olan iki türbə minalanaraq məhv edilib. Türbələrin Hz.Əlinin nəslindən olan Məhəmməd ibn Əliyə və Nəzər ibn Bəhaəddinə aid olduğu bildirilir. Bildirilir ki,Bin Əli türbəsi Palmiranın dörd İbn Bəahəddin terbəsi isə qədim şəhərin yarım kilometrlik məsafəsində yerləşir. Qeyd edək ki, iyunun 20-də İŞİD silahlıları Palmira şəhərində bir neçə obyekti minalayıb. Suriyanın muzeylər və qədimi obyektlər üzrə idarəsinin baş direktoru Məmun Əbdül Kərim bildirib ki, silahlılar 3 gün əvvəl Məhəmməd Peyğəmbərin (s.ə.s.) əmisi oğlu, səhabəsi, 4-cü xəlifə Əli ibn Əbu Talibin nəslindən olan Məəhəmməd ibn Əli ibadətgahını partladıblar. Bu müqəddəs ziyarətgah dağ ərazisində, Palmiradan 4 km aralıda yerləşən bu tarixi ibadətgah YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyun, 2015 12:55 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |