|
|
İlahiyyatçıdan Sərdar Cəlaloğluna İRAD: “Hər adam bunu edə bilməz”Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Qurani Kərim”ə izah yazdığını bildirib. Eyni zamanda o, Modern.az saytına müsahibəsində Azərbaycanda fətva verə biləcək din xadimin olmadığını qeyd edib. Ahlibeyt.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı alim,“Məşədi Dadaş” məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli Sərdar Cəlaloğlunun fikirlərinə münasibət bildirib. O, Modern.az saytına açıqlamasında öncəliklə “Quran”a izah yazmaqla bağlı məsələyə toxunub və müəyyən mənada Sərdar Cəlaloğlunu tənqid edib: ““Quran”ı izah yazmaq sırf din xadimlərinin, ilahiyyatçıları işidir. Müqəddəs kitabımızı təfsir etmək üçün bir sıra elmləri, o cümlədən ərəb dilini mükəmməl bilmək lazımdır. “Quran”ı hər bir kəs təfsir edə bilməz”. Hacı Şahin Həsənli bildirib ki, bu gün çoxları heç fətvanın nə olduğunu da başa düşmür. “Biz din adından danışırıq, din hökmlərini insanlara çatdırırıq, müəyyən fikirlər söyləyirik. Bunları isə fətva adlandırmaq olmaz. Amma mən deməzdim ki, Azərbaycanda fətva verməyə layiqli insan yoxdur. Kifayət qədər savadlı, dini mükəmməl bilən ilahiyyatçılar var. Sərdar Cəlaloğlu isə nə demək istəyir, bunu anlamıram”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyun, 2015 17:29 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |