|
|
Ayətullah Xameneyi - "İraqdakı terrorçuların ömrünə az qalıb"İraq dövləti və xalqının terrorçulara müqaviməti bölgə ölkələrinin təhlükəsizliyini təmin edən əsas amillərdəndir. İraqlıların terrorla mübarizədə iradəsi və şücaəti daha mühüm rol oynayır. Ölkənizdə terrorçuların ömrünə az qalıb. Terror bu ölkədə müvəqqətidir. Ahlibeyt.az-ın "Khamenei.ir"ə istinadla verdiyi xəbərə görə, bu sözləri İranın ali dini lideri Ayətullah Seyyid Əli Xamenei İraqın baş naziri Heydər əl-Abadini qəbul edərkən deyib. Ali lider İraqda terrorla mübarizədə xalq qüvvələrinin səfərbər olmasını terror və imperializmə qarşı mübarizədə ən mühüm amil hesab edib, İraqda terrorçulara qarşı aparılan mübarizənin təkcə bu ölkənin deyil, bölgə ölkələrinin də təhlükəsizliyini təmin etdiyini bildirib. O bildirib ki,İraq xalqı keçmişdə İngiltərə müstəmləkəçiliyi və ABŞ hərbi müdaxiləsi dönəmində bu aydın sezilmişdir ki,düşmənlər İraq xalqının heç zaman ki,səhnədə olmasını istəməmişlər.Bu üzdən xalqın dəstəyinə etimad olunmalıdır. Ayətullah Xamenei İraqda kürd-ərəb və şiə-sünni ixtilaflarının yaradılmasının imperializmə xidmət etdiyini vurğulayıb və bildirib ki, bu ölkədəki xalq qüvvələrinin səfərbərliyi bir çoxlarını narahat edir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 İyun, 2015 11:30 ⁄ Çap
Bu bölmədə9 Dekabr, 2025 Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib 20 Sentyabr, 2025 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |