|
İlahiyyatçı alim Hacı Şahin Həsənli ölkənin şimal bölgəsində səfərdə olubBir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi,paytaxtın "Məşədi Dadaş" məscidinin imam cüməsi, ilahiyyatçı alim Hacı Şahin Həsənli ölkənin şimal bölgəsinə səfər edib. Ahlibeyt.az-ın məlumatına görə,İlahiyyatçı alim Hacı Şahin Həsənli bölgə dindarlarını dəvəti ilə Quba və Xaçmaz şəhərlərində olmuş,Qubanın "Ərdəbil"məscidinin axundu Hacı Naib Səttarov,"Hacı Cəfər"məscidinin axundu Mir Ələsgər Ağa, Xacmaz "Cümə"məscidinin axundu Hacı Zaur Məmmədov,məscid icmaları və bölgə dindarları ilə görüşlər keçirmişdir. Bölgə dindarları tərəfindən sevilərək qarşılanan ilahiyyatçı alim Qubanın"Ərdəbil" məscidində oxuduğu xütbə zamanı səmimi dəvətə görə bölgə dindarlarına xüsusən axund Hacı Naib Səttarova öz təşəkkürünü bildirmişdir. Hacı Şahin Həsənli bu bölgənin Azərbaycanın özünəməxsus bir bölgəsi olduğunu bildirərək qeyd etmişdir ki,xalqımız fərqli dini konfessiyaların,islam məzhəblərinin və müxtəlif xalqların təmsilçilərinin yaşadığı bu bölgədə bərabərliyi bütün dövrlərdə qoruyub saxlaya bilmişdir. İlahiyyatçı alim dəvət olunduğu məscid və məclislərdə müsəlmanlar arasında qorunub saxlanmasına təkid olunan bütün zamanlarda xüsusi əhəmiyyət kəsb edən müsəlmanlar arası vəhdətdən,insanlara qarşı mərhəmətdən bəhs etmişdir. Məlumatda bildirilir ki,"Məşədi Dadaş"məscidinin İmam cüməsi səfər zamanı oxuduğu xütbələrdə Ramazan ayı öncəsi əxlaqi dəyərlərin insanın mənəviyyatında qoyduğu təsirlərdən,bu müqəddəs ayda edilən dua və ibadətlərin insanların gələcək həyatında və axirətlərində qoyacağı təsirlərdən danışmışdır. Qubanın "Ərdəbil"məscidinin axundu Hacı Naib və dindarlarla görüşdən
Quba"Hacı Cəfər"məscidinin axundu Mir Ələsgər Ağa və məscid icması ilə görüşdən Xaçmaz şəhər "Cümə"məscidinin axundu Hacı Zaur Məmmədov və dindarlarla görüşdən
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyun, 2015 16:33 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |