|
|
Hacı Şahin Həsənli gənc fəallarla görüş keçirib“Mənəvi Dünya” İctimai Birliyinin təşəbbüsü ilə gənclərin maariflənməsi və xeyriyyəçilik işlərinə cəlb edilməsi istiqamətində yeni layihəyə start verilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,birlikdən islam.az-a verilən məlumatda bildirilir ki,iyunun 16-da “Mənəvi Dünya” İctimai Birliyinin sədri, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli fəal gənclərlə görüş zamanı bu barədə məlumat verib. Görüş zamanı gənclərimizin ictimai həyatı ilə bağlı suallar cavablandırılıb, təkliflər dinlənilib, problemlər birgə müzakirə olunub. Qeyd edək ki, layihə çərçivəsində “Məşədi Dadaş” məscidi nəznində fəaliyyətə başlayan tədris mərkəzində treninq,dil kursları,habelə humanitar fənnlərin təmənnasız tədrisi nəzərdə tutulub. Bundan əlavə, müqəddəs Ramazan ayı boyunca və bayramlarda silsilə xeyriyyə tədbirləri keçiriləcək. Gənclərin xeyriyyəçilik fəaliyyətinə cəlb edilməsi yönündə iş aparılacaq. Layihənin əsas məqsədi gənclərimizə özünüifadə, vaxtın tənzimlənməsi, xeyriyyəçilik potensialını daha effektiv şəkildə gerçəkləşməsi, müasir dövrdə tələb olunan biliklərin əldə olunması, bacarıqların səmərəli istifadəsi sahələrində yardım etməkdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyun, 2015 11:25 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |