|
Xəzər rayonunda dini icma sədrləri ilə görüş keçirilibDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi və Xəzər Rayonu İcra Hakimiyyətinin nümayəndələri ilə Xəzər rayonu ərazisində yerləşən dini icma rəhbərlərinin görüşü keçirilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Komitənin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, görüş zamanı dini icmalarla koordinasiyalı işin təşkili, onlara metodiki köməkliyin göstərilməsi və rayon ərazisindəki dini durumla bağlı fikir mübadiləsi aparılıb. Tədbirdə çıxış edən Xəzər rayonu İcra Hakimiyyəti başçısının müavini Arif Balayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə Xəzər rayonu ərazisindəki dini icmalara göstərdikləri dəstəyə minnətdarlığını bildirib, o, birgə fəaliyyətin təşkilini mühüm hesab edib. DQİDK-nin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev təmsil etdiyi şöbənin paytaxtdakı yerli İcra Hakimiyyəti orqanları ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Dini icmaların milli-mənəvi və ənənəvi dəyərlərimizin təbliğində əhəmiyyətli rola malik olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə dini icmalara maarifləndirmə işinin təşkili məqsədilə ayrılan maliyyə yardımı dini icmaların fəaliyyətinin bu istiqamətdə təkmilləşməsinə öz töhfəsini verəcək. Bununla yanaşı, Dini icma rəhbərlərinə məscidlərdə verilən azanın Qafqaz Müsəlmanları İdarəsinin AMEA Şamaxı Astrofizika rəsədxanası ilə birgə tərtib etdiyi təqvim əsasında verilməsinə nəzarət edilməsi ilə bağlı müvafiq göstəriş verilib. Sonda dini icma rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 İyun, 2015 12:21 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |