|
|
Salyanda “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda konfrans keçirilibDini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Salyanda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, DQİDK-dan verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi regional konfransda Salyan və Neftçala rayonlarından dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak edib. Konfransda DQİDK sədri Mübariz Qurbanlı geosiyasi maraqların getdikcə şiddətlənməsinin təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyllərinin güclənərək dəhşətli nəticələrə səbəb olduğunu xüsusi vurğulayıb. Komitə sədri bildirib ki, bu gün bəzi müsəlman ölkələrində baş verən hadisələr, silahlı münaqişələr məhz geosiyasi maraqların toqquşmasından irəli gəlir. Bəzi qüvvələr İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər. Komitə sədri bu cür hallara qarşı birgə mübarizənin əhəmiyyətini, bu sahədə maarifləndirmənin zəruri olmasını önə çəkib. Bildirilib ki, ölkəmizdə mövcud olan dini tolerantlıq və dövlət-din münasibətləri digər ölkələr üçün nümunədir. Bu münasibətlər uzun illərdən bəri zamanın sınağından çıxaraq bu günümüzədək çatıb, keçmişimizdən bizə yadigar qalıb və ölkəmizdə aparılan düzgün daxili və xarici siyasət nəticəsində getdikcə inkişaf etməkdədir. Bu ənənəni qoruyub saxlamaq hər kəsin, xüsusilə də din xadimlərinin, ziyalıların və gənclərin mənəvi borcudur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 İyun, 2015 11:43 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |