|
“Nə edək ki, İmam Zaman (ə.f) zühur etsin“Nə edək ki, İmam Zaman (ə.f) zühur etsin Insanlar “Nə olaydı İmam Zaman (ə.f) zühur edəydi” deyir və düşünür. Əslində isə, söz və arzu başqa şəkildə olmalıdır - “Nə edək ki, İmam Zaman (ə.f) zühur etsin”. Ahlibeyt.az-ın verdiyi məlumata görə,bunu Höccətül-islam Yəhya Cahangiri Söhrəvərdi məhdənivyyət inancı və onun əsas tərəfləri mövzusu ilə bağlı Shabestan-a müsahibəsi zamanı qeyd edib. O,bildirib: Rəvaytələrdə intizar bir fel, iş və əməl kimi xarakterizə edilir. Belə ki, Həzrət Rəsulullah (s) buyurur: افضل الأعمال، انتظار الفرج “Əməllərin ən yaxşısı (fəzilətlisi, üstünü) qurtuluşu (fərəci) gözləməkdir”. “Əməllərin ən yaxşısı (fəzilətlisi, üstünü) qurtuluşu (fərəci) gözləməkdir”. Deməli, qurtuluşu gözləmək, fərəc və zühur intizarında dayanmaq bir əməldir. Yalnız dua etmək və hərəkətsiz oturub gözləməkdən ibarət deyil. Biz intizar və onun mahiyyətini cavanlarımıza başa salmalıyıq. Biz xalqın intizarı dərk etməsi və düzgün əməli üçün üslublarımızı dəyişməliyik. Camaat deyir: “Nə olaydı İmam Zaman (ə.f) zühur edəydi”. Əslində isə, söz və arzu başqa şəkildə olmalıdır; camaat deməlidir: “Nə edək ki, İmam Zaman (ə.f) zühur etsin”. Yəhya Söhrəvərdi müxbirimizə daha sonr bildirib: İnsanlar əsasən nişanə və əlamətlərə diqqət edir.Zühurun əlamətləri, nişanələri izləyir, onları axtarır , oları sayırar. Biz baxış və strategiyamızı zühurun zəmin və şəraitini yaratmaq istiqamətinə dəyişməliyik. Cəmiyyətdə baxışlar elə tənzmimlənməlidir ki, insanlar nişanə və əlamətlərin dalıyca düşməsinlər. Onlar ayağa qalxsın və zühurun şəraitini hazırlasınlar. Bu prizmadan yanaşmaqla dəyişikliklər əsrinin müasir cavanının misia və vəzifələrini də dəyişə bilərik. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyun, 2015 12:31 ⁄ Çap
Bu bölmədə25 Fevral, 2024 Bu gün İmam Zamanın (ə.f) mübarək mövlud günüdür8 Mart, 2023 İmamın intizarının dəyəri haqqında24 Aprel, 2019 Zühurun intizarında olan şəxsin məqamı6 Mart, 2019 İmam Zamanın (ə) zühurunu Allahdan diləyin... |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |