|
|
Allahşükür Paşazadə - "Mən Hacı Şahinin moizələrinə qulaq asıram"Çox axundlarımız var ki, moizələri ötən ilkindən heç nə ilə fərqlənmir. Onlar öz üzərində işləmirlər. Mən Hacı Şahinin moizələrinə qulaq asıram. Çünki, orada həqiqət var. Niyədə qulaq asmayım?”, Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Qazılar Şurası və Elmi-Dini Şurasının birgə iclasında səsləndirib. QMİ sədri bildirib ki, “Ötən il bəzi rayonlarda Ramazan ayında fətvanın verilməsində axundlar zəifliklər göstərmişdi. Biz o axundları yaxşı tanıyırıq. Bildirmək istəyirəm ki, rayonlarda fətvanın düzgün verilməsi çox vacibdir.Mən istəməzdim ki, həmin axundlar bizdən iradlar eşitsinlər. Bu cür hallar baş verərsə hətta onlar işdən azad ola bilərlər. Allahşükür Paşazadə məscidlərdə edilən xütbələrlə bağlı qeyd edib ki, cox axundlarımızın moizələri ötən ilkindən heç nə ilə fərqlənmir. Onlar öz üzərində işləmirlər. Mən Hacı Şahinin moizələrinə qulaq asıram. Çünki, orada həqiqət var. Niyədə qulaq asmayım?”. O xüsisilə vurğulayıb ki,Azərbaycanda yaşayan insanlar bu ölkənin qərarlarına tabe olmalıdır. O icmalar ki, qanuna tabe olmurlar onlar ləğv olunacaq. Məscidlərdə əhya gecələri hamı üçün olmalıdır. İmkan yaradılmalıdır ki, camaat, insanlar ibadətini rahat etsin. Bizim nə dini etiqadlarımız varsa, onları qoruyub saxlamalıyıq. Biz istəyirik ki, bütün məscidlərdə şiə olduğu kimi sunni molla və ya axundlar olmalıdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 İyun, 2015 14:40 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |