|
Mübariz Qurbanlı Bərdədəki İmamzadə kompleksində olub, “Cümə” məscidində dindarlarla görüşübDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi konfransda Ağdam və Bərdə rayonlarında fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev İslam dininin dəyərlərinin qorunması məqsədi ilə keçirilən maarifləndirmə tədbirinin əhəmiyyətini qeyd edərək, konfransın işinə uğurlar arzulayıb. Bildirib ki, xalqımız əsrlər boyu milli mənəvi və dini dəyərlərini, tolerantlıq mühitini qoruyub saxlayıb. DQİDK sədri Mübariz Qurbanlı konfransda çıxış edərək bildirib ki, Ölkəmizdə dövlət-din münasibətləri zəngin milli tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir. Dövlət və din ayrı olsa da, dövlət dini himayə edir. Məscidlər, kilsə və sinaqoqlar inşa olunur və təmir edilir. Dini icmalara maddi yardımlar olunur. Komitə sədri dünyada din pərdəsi adı altında aparılan münaqişələrə toxunaraq qeyd edib ki, müxtəlif ölkələrdə İslamı parçalamaq üçün dini cərəyanlar yaradılıb. İslamı siyasiləşdirərək, daxildə qarışıqlıq yaratmaqla, onun gözdən salınmasına, terrorla əlaqələndirilməsinə yönələn siyasət həyata keçirilir. Belə bir şəraitdə dini maarifləndirmə tədbirlərinə daha diqqətlə yanaşılmalıdır. Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Zahid Oruc, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qarabağ bölgəsi üzrə səlahiyyətli nümayəndəsi hacı Ramazan Hüseynov çıxışlarında xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən, ənənəvi İslam dəyərlərinin qorunmasından, gənclərimizin dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirinə düşməməsi üçün cəmiyyətdə dini maariflənmə işlərinin lazımi səviyyədə aparılmalından danışıblar. “Dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği” mövzusunda davam edən plenar iclasda “Dini radikalizm və onunla mübarizə üsulları”, “Zərərli dini cərəyanlar və onların təbliğat metodları” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb. Regional konfrans işini iyunun 3-də “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda plenar iclasla davam etdirəcək. Konfransın ilk iş günü başa çatdıqdan sonra Komitə sədri M.Qurbanlı Bərdədəki İmamzadə kompleksində olub, “Cümə” məscidində dindarlarla görüşüb, məscidə kitablar hədiyyə edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 İyun, 2015 12:13 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |