|
|
Azərbaycandan Həcc ziyarəti üçün təklif olunan ucuz yerlər artıq dolubAzərbaycanlı zəvvarlar üçün bu il Həcc ziyarətinə təklif olunan iki variantdan nisbətən ucuz yerlər artıq dolub. Ahlibeyt.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumatda bildirilir ki, təxminən 1500-dən çox zəvvar 4700 ABŞ dolları dəyərində olan səfər xidmətinə sənəd verib. Qeyd olunur ki, nisbətən baha 5750 dollarlıq səfər xidməti üçün də yerlər məhduddur və yaxın 20 gündə dolması gözlənilir. Xatırladaq ki, bu il ümumilikdə Azərbaycana Həcc ziyarəti üçün 3700 nəfərlik yer ayrılıb. Qeyd edək ki, hər il olduğu kimi, bu il də zəvvarlara ziyarətin iki formada təklif olunmasına baxmayaraq, qiymətlərdə artım var. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla olmayacaq. Bu il ilk dəfə olaraq ziyarət xərcləri ABŞ dolları ilə aparılır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyun, 2015 15:49 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |