|
İlahiyyatçı Ceyhun Cəfərovun məhkəməsi keçirildiMəhkəmə prosesində köhnə məhkəmə qərarı qüvvədə qalıb Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə,Bu gün “Təkamül” Tərcümə Mərkəzinin hazırda həbsdə olan direktoru, ilahiyyatçı Ceyhun Cəfərov un məhkəməsi keçirilib və məhkəmə prosesində köhnə məhkəmə qərarı qüvvədə qalıb. Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə təqsirləndirilən Ceyhun Cəfərovun həbsinin ev dustaqlığı ilə əvəz olunmasına dair müdafiə tərəfinin vəsatətinə baxılması prosesində Ceyhun Cəfərovun özünün iştirakı təmin olunub. Bu barədə islamazeri.az-a onun qardaşı Əlipaşa Cəfərov məlumat verib. Ə.Cəfərov bildirib ki, Səbail rayon məhkəməsində keçirilən proses jurnalistlərə və kənar şəxslərə, eləcə də məhbusun yaxınlarına qapalı keçirilib. "Bu günki məhkəmənin qərarı ilə yenə də köhnə məhkəmə qərarı qüvvədə qalıb. Hazırda apellyasiya məhkəməsinə şikayət etməyi planlaşdırırıq"-deyə, Ə.Cəfərov qeyd edib. İlahiyyatçı Ceyhun Cəfərov bu ilin martın 12-də MTN tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq başladılıb və Səbail rayon məhkəməsi onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Qeyd edək ki, ilahiyyatçı Ceyhun Cəfərov İslam Universitetində dərs deyib,“Space” telekanalında “Gecə söhbətləri” dini verilişində aparıcı olub.Bir çox kitabın tərcüməçisi və redaktoru olub.Eyni zamanda C.Cəfərov Həcc ziyarəti zamanı QMİ tərəfindən zəvvar qruplarına rəhbərlik edib, ziyarətin təşkili və düzgün yerinə yetirilməsində zəvvarlara yardım edib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 May, 2015 16:10 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |