|
Rövşən Abdullaoğlunun"Bu şəhərdə kimsə yoxdur" mənəvi-psixoloji romanı nəşr olunub"Qədim Qala" Nəşriyyat evi tərəfindən nəşr olunan kitabın oxuculara böyük bir həzz verəcəyi və ilk səhifədən oxucunu özünə çəkəcəyi bildirilir. Əsər dövrümüzün reallıqlarını, günümüzün acı həqiqətlərini özündə əks etdirir. Ahlibeyt.azın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu günlərdə yazıçı Rövşən Abdullaoğlunun daha bir kitabı işıq üzü görüb. Bu yazıçının qələmindən çıxan sayca 20-ci kitabdır.Bu kitab öz səpkisinə görə digər əvvəlkilərdən xeyli fərqlənməkdədir. Belə ki, yazıçı bu dəfə tamam fərqli bir üsluba müraciət edib. Yeni nəşrdən çıxan bu“Bu şəhərdə kimsə yoxdur”adlı kitab mənəvi-psixoloji roman üslubunda, gerçək hadisələrdən ilham alınaraq qələmə alınmışdır. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, "Qədim Qala" Nəşriyyat evindən Salamnews-a verilən məlumatda bildirilir ki, kitabın adı əsərin qəhrəmanının daxili aləmini əks etdirir. Nəşriyyat evi tərəfindən kitabın oxuculara böyük bir həzz verəcəyi və ilk səhifədən oxucunu özünə çəkəcəyi bildirilir. Əsər dövrümüzün reallıqlarını, günümüzün acı həqiqətlərini özündə əks etdirir. Əsərin qəhrəmanı öz iç aləmini, daxilindəki boşluğu belə ifadə edir - "Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də eynən bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunduğuna görə nəticədə bütün bu dünyada sən təksən. – Qoca mənə tanış fikirləri elə içdən dedi ki, elə hesab etdim ki, düşüncələrimi oxuyur. Həqiqətən də, mən on beş il idi ki, bu şəhərdə kimsənin olmadığını hesab edirdim. Mənə elə gəlirdi ki, şəhərlər tamamilə boş və sakinsizdir. Və mən ucsuz-bucaqsız bir səhrada tənha yaşayıram˝. ˝BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR˝ romanından... Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 May, 2015 18:55 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |