|
Hacı Şahin Həsənli "Məşədi Dadaş" məscidində fəaliyyət göstərəcək kitabxana və dərs otaqlarının açllışında iştirak edib - fotoPaytaxtın Nəsimi rayonu ərazisində yerləşən"Məşədi Dadaş" məscidi nəznində fəaliyyət göstərəcək kitabxana və dərs otaqları təmir edilərək istifadəyə verilib Ahlibeyt.az-ın məlumatına görə,QMİ-nin səlahiyyətli nümayəndəsi,"Məşədi Dadaş" məscidinin imam cüməsi tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənli məscid nəznində fəaliyyət göstərəcək kitabxana və tədris otaqlarının açılışında iştirak edib. Məsdiddən verilən məlumata görə,son 20 ildə yüzdən çox adda - tovhid, İslam tarixi,əqidə üsulları,islam fəlsəfəsi,təfsir,fiqh və digər dini mövzularda tərcümə edilərək çap olunan əsəri özündə əhatə edən kitabxanada humanitar elmi sahələrlə yanaşı Azərbaycan tarixinə,dünya klassiklərinin əsərlərinə və müasir dövrü özündə ehtiva edən məlumat toplularına da yer ayrılmışdır.Kitabxana ilk mərhələdə məscid nəznində fəaliyyət göstərəcək dərslərdə iştirak edən tələbələrin ixtiyarına veriləcək və gələcəkdə ümumi istifadəyə verilməsi nəzərdə tutulub. Məlumatda bildirilir ki,məscid nəznində tədris olunacaq dərslərdə tələbələr Quran,əqaid,fiqh,islam tarixi və digər ilahiyyat elimləri ilə yanaşı fəlsəfə, sosiologiya,psixologiya,xarici dillər tədris olunacaq.Dərslər bu sahələr üzrə ali mütəxəssislər tərəfindən keçiriləcək və gələcəkdə tədris olanacaq fənnlərin əhatə dairəsi genişləndiriləcək. Ahlibeyt.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 May, 2015 20:07 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |