|
Bu gün Həzrət Əbülfəzl Abbasın (ə) mübarək mövlud günüdürQiyamət qopanda Peyğəmbəri-Əkrəm (s), Əmirəlmömininə (ə) buyurucaq: Fatiməyə de, ümmətin şəfaəti üçün Allahın dərgahına nəyi (ərz) təqdim edirsən? Həzrət Əli (ə) onun sözünü çatdıracaq və cavabında o böyük xanım buyuracaq: “ Oğlum Abbasın kəsilmiş iki əli, bu məqam üçün kifayətdir.(Məaluyul-Sibtəyn cild2,səh452). Hicri təqvimi ilə 26-cı ili, şaban ayının dördü Kərbəla ələmdarı,"Qəməri Bəni-Haşim" (Haşim Nəslinin Ayı)ləqəbi həzrət Əbülfəzl Abbas dünyaya göz açmışdırdı. O həzrətin əziz atası Əmirəlmöminin Əli (ə), uca məqamlı anası isə Ümmi-bənin ləqəbli, Fatimə Kəlabiyədir. Xanım Fatimə (s.ə) dünyasını dəyişdikdən sonra Həzrət Əli (ə) qardaşı Əqilə demişdi ki, onun üçün həyat yoldaşı seçsin və Əqil bütün tayfaların əsl-nəcabətini yaxşı bildiyi üçün məhz Ummülbənini həzrət Əliyə (ə) tövsiyə etmişdir. Həzrət Əlidən (ə) tərbiyə alan Həzrət Əbülfəzl bütün insani dəyərləri və xüsusiyyətləri özündə təcəssüm etdirən bir şəxs olmuşdur. öz şücaəti, qəhrəmanlığı ilə tarixə silinməz və əvəz olunmaz izlər salmışdır. Həzrət Abbasın künyəsi Əbülfəzldir. Çünki o həzrətin həyatı başdan-başa fəzilət və ütsünlükdən ibarətdir. Onun ən məşhur ləqəbləri: Imam Səccad (ə) o həzrətin (ə) barəsində belə buyurur: "Həzrət Abbas (ə) təlim görməmiş alimdir, çünki o, ilahi elmin mənbəyi, Həzrət Peyğəmbərin varisi və vəlisi Həzrət Əlinin (ə), həmçinin behişt cavanlarının ağaları olan Həsən (ə) və Hüseynin (ə) elmindən faydalanmışdır." O həzrət bir parça iman və bəsirət idi. İmam Sadiq (ə) onun ziyarətnaməsində belə buyurub: “Şəhadət verirəm ki, sən, bir an da olsa, süstlük göstərməyib, qayıtmamısan. Sənin addımların dinin iman və bəsirətində iz qoyub. Başqa bir yerdə buyurub: “ Bizim əmimiz Əbbas (ə), iti (açıq) gözlü və möhkəm imanı var idi. Qardaşı ilə birgə cihad edib, Allahın imtahanından qalib çıxıb və şəhadətlə həyat köçünü yığdı.” O Həzrətin (ə) şücaəti və qəhrəmanlığı barəsində tarixçi Xarəzmi belə nəql edir: "Siffeyn müharibəsində misilsiz şücaəti, yüksək qılınc oynatmaq qabiliyyəti hamını valeh etmişdi. Müaviyə suyu Həzrət Əlinin (ə) ordusunun üzünə bağladıqdan sonra Əbülfəzl (ə) meydana çıxaraq qarşı tərəfdən döyüşçü istədi. Bu zaman Müaviyə Əbu Şəsanı çağırıb dedi ki, sən Şamın ən cəngavərisən, bunu öldür ki, başqalarına ibrət olsun. Lakin o, özü getməyib oğlunu göndərdi. Əbülfəzl (ə) ardıcıl olaraq onun yeddi oğlunu öldürdü. Bunu görən əbu Şəsa qəzəbli şəkildə meydana daxil oldu. Həzrət Əbülfəzl (ə) onu da məğlub etdi." Xarəzminin nəql etdiyinə əsasən bundan sonra Müaviyənin qoşunundan heç kim onunla döyüşə cəsarət etmədi. Kərbəlada Tasua gecəsi qarşı tərəfdən gələn "amannamə"yə yox cavabı verən Həzrət Abbas (ə) İmam Hüseynə və Peyğəmbər ailəsinə olan vəfasını göstərmişdir. Aşura gecəsi Imam Hüseyn (ə) öz xeyməgahında ibadətlə məşğul olarkən Həzrət Əbülfəzl (ə) onu mühafizə etmiş və daim Əhli Beytin (ə) xidmətində durmuşdur. O gecə Həzrət Əbülfəzl (ə) qardaşlarına xitab edərək buyurdu: "Bu gün elə bir gündür ki, gərək cənnəti satın alaq və canımızı Imam Hüseynə (ə) fəda edək. Bunu ona görə etmirik ki, biz onun qardaşlarıyıq, bunu ona görə edirik ki, Imam Hüseyn (ə) Allahın yer üzündəki hüccətidir." Bunu eşidən Imam Hüseyn (ə) buyurdu: "Ey qardaş, aləmlərin Rəbbi sənə əcr versin." Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 May, 2015 11:47 ⁄ Çap
Bu bölmədə7 Noyabr, 2024 Bu gün Xanım Zeynəbin (s.ə) mübarək mövlud günüdür14 Oktyabr, 2024 Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.12 Oktyabr, 2024 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür21 Sentyabr, 2024 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür20 Sentyabr, 2024 Bu axşam Rəbiul-əvvəl ayının 17-si daxil olur - Günün əməlləri |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |