|
“Artıq insanlar başa düşürlər ki, yemək ehsan deyil”-Mübariz Qurbanlı“İslam dinində yas mərasimlərində yemək verilməsi sonradan meydana çıxıb. İslam yeni yarananda belə şeylər olmayıb. Hazırda bir çox klassik islam ölkəsində yas mərasimlərində yemək verilmir. Azərbaycanda bununla bağlı izahat işləri aparılıb və nəticələr var”.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
M. Qurbanlı deyib ki, hazırda demək olar, yas mərasimləri 3 günlə yekunlaşır və bir çox yerdə yas mərasimlərində yalnız çay süfrələri açılır: “Artıq insanlar başa düşürlər ki, yemək ehsan deyil, yemək ehsanların sırasında bəlkə də sonuncu yerdə dayanır. Ehsan tamam geniş anlayışdır və yeməklə bağlı deyil”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 May, 2015 17:50 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |