|
|
Seyid Camal Əzimbəyli - Azərbaycana gələn qonaqları müqəddəs məkanlar və Qarabağ həqiqətləri ilə tanış etmək lazımdırİlk Avropa Oyunları Azərbaycanda keçirilməsinə münasibət bildirən Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəylinin sözlərinə görə,"Xaricdən gələn qonaqları müqəddəs məkanlar, pirlər, seyid ocaqları ilə tanış etmk lazımdır". Ahlibeyt,az-ın məlumatına görə,Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli Bakı-xeber.com-a müsahibə verərək bildirib ki,Oyunların böyük faydası ola bilər. S.C. Əzimbəyli qeyd edib ki, "Müqəddəs məkanlarla yanaşı, Qarabağ həqiqətlərinin gələnlərə tanıdılmasına ehtiyac var. Könüllülər qrupu bunu nəzərə almalıdır. Azərbaycanda əsrlərdir milli, dini tolerantlığın qorunub saxlanmasında müqəddəs məkanların, orada uyuyan övliyaların, əhli-beyt mənsublarının müstəsna xidmətləri var. Ona görə də indiki ərəfədə, qloballaşma şəraitində həmin məkanların xaricilərə tanıdılması vacibdir. Xaricdən gələnləri müqəddəs məkanlar, pirlər, seyid ocaqları ilə tanış etmək lazımdır. Mirmövsüm Ağa ziyarətgahına onların getməsini təşkil etmək olar. Bu, müsəlman ümmətinin tanıdılmasına xidmət edir. Ona görə də gələnlərin müqəddəs məkanlarla tanış edilməsi çox gözəl təşəbbüsdür. Hesab edirəm ki, Birinci Avropa Oyunları bunda müəyyən rol oynayacaq". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 May, 2015 14:01 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |