|
|
Mübariz Qurbanlı -““Həcc ziyarəti turistik ziyarət deyil və Həcc ziyarətinin təşkili yalnız QMİ-yə məxsusdur"Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı xarici ölkələrə dini ziyarətlərin təşkili üçün lisenziyasının verilməsi qaydalarının dəyişdirilməsinə görə Komitə ilə Qafqaz Müsəlmanları İdarəsi arasında hansısa gərginliyi yarana biləcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib. Ahlibeyt.az-ın məlumatına görə, Mübariz Qurbanlı APA-ya bildirib ki, QMİ-nin təşkil etdiyi Həcc ziyarəti ilə bağlı Komitənin rəyinə ehtiyac olmayacaq. O qeyd edib ki, ümumiyyətlə, bu məsələnin QMİ-nin təşkil etdiyi Həcc və Ümrə ziyarətlərinə aidiyyəti yoxdur: “Həcc ziyarəti turistik ziyarət deyil və Həcc ziyarətinin təşkili də yalnız QMİ-yə məxsusdur. Amma hansısa turistik şirkətlər Ümrə və digər ziyarətgahlara səfərlər təşkil edirsə, lisenziya alan zaman rəy üçün bizə müraciət etməli olacaq”. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq, xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”ə 22.4-cü bənd əlavə edilib. Yeni bəndə əsasən, xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar nəzərdə tutan turizm fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi tələb olunacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 May, 2015 18:47 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |