إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün ziyarətgahlar diyarı Laçının işğalından daha bir il keçir

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 23 il ötür.

İyirmi üç ildir ki, 70 mindən artıq laçınlı respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır.

1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Qeyd edək ki, rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsi ilə daxil olub.

Bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olmuş, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılmış, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalmış, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunub. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəyib, 58736 (01.01.2012-ci il tarixə 71.3 min nəfər) nəfər laçınlı öz doğma torpağından didərgin düşüb.

Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 238 nəfər şəhid olub, 66 adam girov götürülüb, 105 nəfər əlilə çevrilib. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb.

İşğal altında qalan laçın torpaqlarında qalan onlarla məscid ziyarətgahların bir çoxunun yalnız yaddaşlarda qalan adları haqda məlumat əldə etmək mümkündür

Tarixi-dini abidələri

Ağoğlan məbədi (IX əsr) – Kosalar kəndi
Məbəd, körpü (X əsr) - Aşağı Fərcan kəndi
İkitağlı körpü, məbəd (XV əsr) – Minkənd kəndi
Qala, məbəd (XV əsr) – Mirik kəndi
Ərəb yazıları ilə trapesiyavarı başdaşı (1398-1399-cü illər)
Məbəd (XVII əsr) – Əhmədli kəndi
Məscid (1718-ci il) – Qarqışlaq kəndi
Məbəd – Vağazin kəndi
At və sandıq şəklində olan başdaşılar (XVI əsr)
Mağara, məbəd – Hoçaz kəndi
Məscid – Piçənis, Əhmədli, Qaragöl, Şəlvə kəndləri
Məscid, məbəd – Piçənis, Şəlvə, Qoçu kəndləri
Məbəd - Korcabulaq kəndi
Düzbucaqlı məscid (1790-1791) – Cicimli kəndi

Ziyarətgahlar

Məlik Əjdər türbəsi (XIV əsr) – Cicimli kəndi
Araxışda türbəsi (XVI əsr) – Ərikli kəndi
Qarasaqqal türbəsi (XVI əsr) – Ərikli kəndi
Xəlifə türbəsi (XVII əsr) – Malxələf kəndi
Türbə (XVII-XVIII əsrlər) – Cicimli kəndi
Türbə (XIX əsr) – Zeyvə kəndi
Ağa Baba piri – Seyidlər kəndi
Əli bulağı piri – Hocaz kəndi
Xəlif piri – Məlikpaya kəndi
Niyyət piri
Seyid Kərimin ocağı – Farraş kəndi
Sultan Baba piri – Qarqışlaq kəndi
Yer daş piri – Qarakeşiş kəndi
Türbə - Güləbird kəndi
Ağbaxt xeyir türbəsi – Əhmədli kəndi
Xəlifə qəbri ziyarətgahı – Malıbəy kəndi
Soltanbaba türbəsi – Zeyvə kəndi
Şeyx Əhməd türbəsi – Zeyvə kəndi
Alı Xəlifə ocağı – Böyük Seyidlər kəndi
Seyid Hüseyn ağa ziyarətgahı – Böyük Seyidlər kəndi
Güllü qəbir piri – Böyük Seyidlər kəndi

“Hacı İbrahim ağa” Ziyarətgahı (Laçın rayonu, Piçənis kəndi)

“Seyid Cabbar ağa” Ziyarətgahı (Laçın rayonu, Molla Əhmədli kəndi)

“Seyid Fərman ağa” Ziyarətgahı (Laçın rayonu, Minkənd kəndi)

“Seyid Sadıq ağa” Ziyarətgahı (Qara Seyid) (Laçın rayonu, Qovuşuq kəndi)


Tarixi memarlıq abidələri


Kurqanlar (dəmir dövrü) – Ziyrik kəndi
Govur qalası (XI əsr) - Pircahan kəndi
Uşaq qalası, Böyük Bulaq (XV əsr)
Bulaq (XVII əsr) - Pircahan kəndi
Birtağlı körpü – Şeytanlı kəndi
Soltan Əhməd sarayı (XIV əsr) – Soltanlar kəndi
Daşdan yonulmuş üç at heykəli (XIV əsr) – Malıbəyli, Güləbird kəndləri
Həmzə Soltan sarayı (1761-ci il)
Körpü (XVIII əsr) – Abdal kəndi
“Qız qəbri” kurqan (dəmir dövrü) – Güləbird kəndi
Sadınlar qalacığı – Quşçu kəndi

Alı Xəlifə ocağı Laçın rayonu Böyük Seyidlər kəndində yerləşir. Alı Xəlifə Qarabağın ən nüfuzlu ağsaqqallarından, ağır seyidlərdən biri idi. Ağa Böyük Seyidlər kəndində rəhmətə gedib. Sərdabəsi kənd qəbiristanlığındadır. Onun müqəddəs məzarı Qarabağ camaatının ən ulu səcdəgahlarından biridir.

Seyid Hüseyn ağa ziyarətgahı

Laçın rayonu Böyük Seyidlər kəndində yerləşirdi. Seyid Hüseyn ağa cəddinin müqəddəsliyini qoruyub saxlayaraq insanların rəğbətini qazanmış və onların ziyarətgahına çevrilmişdi. Ağanın evinə və ocağına olan inamın müqabilində külli miqdarda nəzir gələr, o isə nəzirin bir hissəsini onların özünə qaytarır, digər hissəsini isə fağır-füğaraya paylayardı.

Güllü qəbir piri

Laçın rayonu Böyük Seyidlər kəndində yerləşirdi. Hacı İbrahim ağa Qarabağın adlı-sanlı seyidlərindən olan Xudavəndə Xəlifənin nəvəsi idi. Hacı seyid İbrahim ağanın məzarı Seyidlər kəndinin qəbiristanlığındadır və ağır ziyarətgahlardan sayılır. Ağanın ocağında qızılgül bitmişdi. Elə ona görə də məzarına "Güllü qəbir" deyirlər.

Təəssüf ki,bu tarixi  abidələrin bir çoxunun fotosunu əldə etmək mümkün deyil

Azərbaycanın Laçın rayonunun Qarqışlaq kəndi ərazisində yerləşən qədim alban məbədi

Laçın rayonunun Pircahançay üzərində yerləşən Məşədi Mehralı körpüsü.

Azərbaycanın Laçın rayonu ərazisində yerləşən qədim alban məbəd

Quşçu kəndində XII-XIII əsrə aid Pir

Laçın rayonunun Hüsülü kəndinin ərazisində yerləşən Həmzə Sultan sarayı.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 May, 2015  10:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!