|
|
Azərbaycanla İran arasında dini maarifçilik fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıbMayın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib. Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən verdiyi məlumata görə,Qonağı səmimi salamlayan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İran İslam Respublikasına rəsmi səfəri haqqında danışaraq, səfərin yüksək səviyyədə təşkilinə görə səfir Möhsün Pakayinə öz minnətdarlığını bildirib. Komitə sədri bildirib ki, İranda müxtəlif məsələlər və layihələrlə bağlı çox səmərəli müzakirələr keçirilib. O cümlədən, dini radikalizmə və ekstremizmə qarşı mübarizədə birgə layihələr həyata keçirmək, dini təhsil sahəsində təcrübə mübadiləsi və İslam dini ilə bağlı maarifçilik fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Görüşdə DQİDK-nin sədri qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir və dövlət tərəfindən dini qurumlara və icmalara hərtərəfli dəstək verilir.
Səmimi qəbula görə minnətdarlıq edən səfir Möhsün Pakayin bu cür səfərlərin ölkələrimiz arasında münasibətlərin daha yüksək xəttlə inkişaf etməsinə töhfə verəcəyini ifadə edib. Eyni zamanda qeyd olunub ki, Azərbaycan – İran arasında qarşılıqlı etimad və dostluq münasibətləri bundan sonra da davam edəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 May, 2015 17:27 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |