|
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gələcəkBakıda keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün bir sira nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və nazirləri Bakıya gələcəklər. ahlibeyt.az-ınSalamnews-a istinad'n verdiyi xəbərə görə, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni, İSESKO-nun baş katibi Əbdüləziz Osman Əl Tüveycri, Bolqarıstanın vitse-prezidenti Marqarita Popova, turizm naziri Nikolina Anjelkova, mədəniyyət naziri Vecdi Rəşidov, Qətərin İnformasiya və mədəniyyət naziri Həməd Bin Əbdüləziz Əl-Kuvari, Litvanın mədəniyyət naziri Sarunas Birutis 2015-ci ilin 18-19 may tarixində Bakıda “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi altına III Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gələcəklər. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə 2015-ci ilin 18-19 may tarixində Bakıda “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi altına III Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forum Azərbaycanın dünyaya nümunə olan göstərilən çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin göstəricisidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 May, 2015 12:28 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |